Azərbaycanda kərə yağı istehsalı 9,5 % azalıb, bitki yağı istehsalı 31,8 % artıb

Azərbaycanda kərə yağı istehsalı 9,5 % azalıb,

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında kərə yağı istehsalı azalsa da, duru bitki yağlarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 18 min 45 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, doqquz ayda duru bitki yağlarının istehsalı 31,8% artaraq 38 min 76,1 tona çatıb.

Beləliklə, kərə yağı və duru bitki yağlarının istehsalında əks istiqamətli dinamika müşahidə olunub. Bitki yağı istehsalında artım qeydə alındığı halda, kərə yağı istehsalı azalıb.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 11,7 ton kərə yağı və 2 min 463,7 ton duru bitki yağı ehtiyatı olub.