Təmir işləri ilə əlaqədar oktyabrın 17-də Binəqədi şossesinin müəyyən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət oktyabrın 17-si saat 06:00-dan etibarən Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.
Sürücülərə yolda yarana biləcək sıxlığın qarşısını almaq üçün səfərlərini əvvəlcədən planlaşdırmaq və alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur.