Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında kompüter və elektron məhsulların istehsalında azalma qeydə alınıb. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə stolüstü kompüter istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,3% azalıb.
Belə ki, 9 ay ərzində ölkədə 1 415 ədəd stolüstü kompüter istehsal edilib. Noutbuk istehsalı isə illik müqayisədə 23,8% azalaraq 1 090 ədəd təşkil edib.
Ölçmə cihazlarının istehsalında da geriləmə müşahidə olunub. Yanvar-sentyabr aylarında 221,5 min ədəd ölçmə cihazı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,6% azdır.
Beləliklə, hesabat dövründə kompüter və elektron məhsulların hər üç əsas növü üzrə istehsal əvvəlki ilin müvafiq dövründən aşağı olub.