Gömrükdə məhv edilən mallarla bağlı bəzi sənədlərin təqdim edilməsi yalnız həmin sənədlər mövcud olduqda tələb ediləcək.
Monetar.az xəbər verir ki, Nazirlər Kabinetinin 12 oktyabr 2026-cı il tarixli 334 nömrəli qərarı ilə müvafiq qaydalara dəyişiklik edilib.
Dəyişikliyə əsasən, malın mənşəyini təsdiq edən sənəd, fitosanitar sertifikat, uyğunluq sertifikatı, baytarlıq sertifikatı, qida təhlükəsizliyi qeydiyyatına dair reyestrdən çıxarış və qida təhlükəsizliyi sertifikatı, eləcə də müvafiq hallarda Nazirlər Kabinetinin sərəncamı və dövlət orqanının rəyi yalnız mövcud olduqda təqdim edilməlidir.
Dəyişiklik gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi hallarını və qaydasını tənzimləyən sənədə aiddir.