COVID-19 xəstələri ilə işləyən tibb işçilərinin əlavəsi 3 ay uzadılıb

COVID-19 xəstələri ilə işləyən tibb işçilərinin

COVID-19-a yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi 2027-ci il yanvarın 2-dək uzadılıb.

Monetar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti 15 oktyabr 2026-cı il tarixli 338 nömrəli qərar qəbul edib.

Dəyişikliyə əsasən, əvvəlki qərarda göstərilən “2026-cı il oktyabrın 1-dək” müddəti “2027-ci il yanvarın 2-dək” ifadəsi ilə əvəz edilib.

Qərar Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 xəstələrinə yardım göstərən tibb işçilərinə şamil olunur.