"Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim təşkil olunub

"Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim

13 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Gülü Əliyeva tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim keçirilib.

Təlimdə dövlət qulluqçularının daxili motivasiyasının formalaşdırılması və qorunması, motivasiyanın zəifləməsinə səbəb olan amillər, eləcə də bu prosesin iş keyfiyyətinə, vətəndaşlarla ünsiyyətə və xidmət mədəniyyətinə təsiri müzakirə olunub.

İştirakçılara motivasiyanın azalmasının ilkin əlamətlərini müəyyənləşdirmək, peşəkar fəaliyyətə marağı qorumaq, emosional tarazlığı saxlamaq və iş mühitində sağlam münasibətləri gücləndirmək üçün müxtəlif yanaşmalar təqdim edilib.

Təlim çərçivəsində dövlət qulluğunda mənəvi dəyərlərin, peşə məsuliyyətinin və daxili motivasiyanın əmək fəaliyyətindəki rolu barədə də fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.