Bu gün Jurnalistlərin IX Qurultayı keçiriləcək – Mətbuat Şurasının yeni heyəti seçiləcək

Bu gün Jurnalistlərin IX Qurultayı keçiriləcək –

Oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX Qurultayı keçiriləcək. Toplantıda Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçiləcək, jurnalistlərin Etik Davranış Kodeksinə dəyişikliklər müzakirə olunacaq.

 Monetar.az  xəbər verir ki,  Qurultayda media sahəsindəki mövcud vəziyyət, jurnalistikanın prioritetləri və etik davranış prinsipləri müzakirə ediləcək. Etik Davranış Kodeksinə təklif olunan dəyişikliklər müasir media mühitində baş verən rəqəmsal transformasiyanın tələblərinə uyğun hazırlanıb.

 Qurultayda ən çox səs toplayan 23 nəfər Mətbuat Şurasının İdarə Heyətinə üzv seçiləcək.

 Qeyd edək ki, IX Qurultayın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi planlaşdırılır.