2025-ci ildə 15–29 yaşlı 419 nəfər xarici ölkələrdən Azərbaycana daimi yaşamaq üçün gəlib, 554 nəfər isə ölkədən daimi yaşamaq üçün gedib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəyə gələn gənclərin 151-i kişi, 268-i qadın, ölkədən gedənlərin isə 236-sı kişi, 318-i qadın olub.
Ölkələr üzrə göstəricilərə görə, Azərbaycana daimi yaşamaq üçün ən çox gənc Gürcüstandan (142 nəfər) və Rusiyadan (189 nəfər) gəlib. Türkiyədən 21, Özbəkistandan 8, Qazaxıstandan 9 nəfər gəlib.
Azərbaycandan daimi yaşamaq üçün ən çox gənc Rusiyaya və Türkiyəyə gedib. Hər iki ölkəyə gedənlərin sayı müvafiq olaraq 189 və 141 nəfər olub. ABŞ-a 39, Almaniyaya 34, Kanadaya isə 30 nəfər köçüb.
Ümumilikdə, MDB ölkələrindən Azərbaycana 241 gənc gəlib, 219 nəfər isə həmin ölkələrə gedib. Digər xarici ölkələr üzrə isə Azərbaycana gələnlərin sayı 178, gedənlərin sayı 335 nəfər təşkil edib.