“Azərkəndtikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı təxirə salınıb

“Azərkəndtikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı

“Azərkəndtikinti” ASC səhmdarlarının oktyabrın 17-də keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağı dekabrın 5-nə keçirilib.

Monetar.az xəbər verir ki, yığıncaq saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 44 nömrəli binanın ikinci mərtəbəsində keçiriləcək.

İclasın gündəliyinə Müşahidə Şurasının üzvlərinin və sədrinin dəyişdirilməsi, eləcə də digər məsələlər daxildir.