Dəftərxana və təsərrüfat mallarının alınmasına 1,37 milyon manat xərclənəcək

Dəftərxana və təsərrüfat mallarının alınmasına

“Əsaslı Tikinti və Təchizat” MMC-nin dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı keçirdiyi tenderin qalibi bəlli olub. Monetar.az xəbər verir ki, satınalma üzrə qalib “TEXNOLOG” MMC seçilib.

Tender üzrə satınalmanın məbləği 1 milyon 371 min 235,64 manat təşkil edir.

Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 730 min 142,50 manat olub. Beləliklə, qalib təklif ehtimal olunan qiymətdən 358 min 906,86 manat aşağıdır.

Satınalan təşkilat “Əsaslı Tikinti və Təchizat” MMC-dir. Müəssisənin VÖEN-i 1703544251, hüquqi ünvanı isə Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84-dür.

Qeyd edək ki, satınalmanın təsnifat kodu 47131800 – təmizləyici və dezinfeksiyaedici məhlullar kimi göstərilib.