Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı tenderin qalibi müəyyənləşib. Monetar.az xəbər verir ki, tenderin qalibi “AR GROUP İNŞAAT” MMC olub.
Satınalma Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilib. Tender üzrə qalib şirkətlə bağlanacaq satınalmanın məbləği 3 milyon 965 min 254,43 manat təşkil edir.
Satınalmanın ehtimal olunan qiyməti isə 4 milyon 345 min 497,79 manat olub. Beləliklə, qalib təklif ehtimal olunan qiymətdən 380 min 243,36 manat aşağıdır. Tender “Binalara cari və əsaslı təmir işləri” təsnifatı üzrə keçirilib.