“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində bəzi avtobus marşrutlarının hərəkət sxemində və dayanacaqlarında dəyişiklik ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, dəyişikliklər sərnişinlərin avtobuslara daha rahat və maneəsiz minib-düşməsini təmin etmək məqsədi daşıyır.
Oktyabrın 19-dan etibarən 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektində, “14 saylı notariat ofisi”nin yaxınlığında yerləşən mövcud dayanacaqda dayanmayacaq. Həmin avtobuslar metro çıxışlarında, daha sonra isə “Şamaxinka” dayanacağında saxlayacaq.
Bununla yanaşı, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemi də dəyişdiriləcək. Bu marşrutlar üzrə avtobusların hərəkəti Əli Tağızadə küçəsi ilə təşkil olunacaq.