2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına 89 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapıb. Nəzərdə tutulan vəsait bu illə müqayisədə 4,7% çoxdur.
Büdcə zərfinə əsasən, ayrılacaq vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq.
Gələn il İpoteka və Kredit Zəmanət Fonduna sahibkarların banklardan manatla aldığı kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmur.
Müqayisə üçün, 2026-cı ildə bu məqsədlə Fondun büdcəsinə 15 milyon manat vəsait ayrılıb.