Mərkəzi Bank islam maliyyəsi üzrə ilk brokerə lisenziya verib

Mərkəzi Bank islam maliyyəsi üzrə

Azərbaycan Mərkəzi Bankı “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.

Bu barədə AMB-dən məlumat verilib. Şirkətin adından da göründüyü kimi, qurum islam maliyyəsi prinsipləri əsasında – təkaful modeli üzrə fəaliyyət göstərəcək.

Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.

Xatırladaq ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC 2025-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, ev 20, mənzil 2-dir. Qurumun direktoru Eyvaz Cəfərlidir.

MONETAR.AZ