Mərkəzi banklar bu il 22,8 milyard dollarlıq qızıl alıb 

Mərkəzi banklar bu il 22,8 milyard dollarlıq

Dünyanın mərkəzi bankları 2026-cı ildə qızıl ehtiyatlarını artırmaqda davam edir. İl ərzində açıqlanan məlumatlara əsasən, mərkəzi bankların xalis qızıl alışları 170 tona çatıb.

Monetar.az xəbər verir ki, mərkəzi banklar bu il ümumilikdə 22,8 milyard dollar dəyərində qızıl alıb. Ən böyük alıcı Polşa olub.

Çin də qızıl alışını davam etdirib. Ölkənin mərkəzi bankı ardıcıl 22 aydır qızıl ehtiyatlarını artırır.

Bununla yanaşı, bəzi ölkələr qızıl satıb. Türkiyə və Rusiya bu il əsas satıcılar sırasında yer alıb. Bu satışların milli valyutaları dəstəkləmək məqsədi daşıdığı bildirilir.

Türkiyə daha əvvəl də valyutaya təzyiq artanda qızıl ehtiyatlarının bir hissəsini satıb. Rusiya isə satışlara baxmayaraq böyük qızıl ehtiyatını qoruyur. Ölkənin ehtiyatlarında 2 271 ton qızıl qalır.

Ümumilikdə, qızıl satan ölkələrin olmasına baxmayaraq, mərkəzi bankların xalis alışları müsbət olaraq qalır. Bu isə qızılın dövlət ehtiyatlarında əhəmiyyətli aktiv olaraq qalmağa davam etdiyini göstərir.