Beynəlxalq maliyyə təhlükəsizliyi qurumlarının birgə hesabatına əsasən, 2026-cı ilin əvvəlində qlobal maliyyə cinayətlərinin həcmi rekord səviyyəyə yüksəlib. Hesabatda göstərilir ki, çirkli pulların yuyulması və müxtəlif fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 4,4 trilyon dollar təşkil edib.
Məlumata görə, cinayətkar şəbəkələr artıq ənənəvi üsullardan imtina edərək rəqəmsal ödəniş sistemlərindən geniş istifadə etməyə başlayıblar. Bu sistemlər vasitəsilə əməliyyatların saniyələr ərzində həyata keçirilməsi riskləri daha da artırır.
Ekspertlər bildirirlər ki, qlobal maliyyə cinayətləri bir çox inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunu belə üstələyən həddə çatıb. Bu isə beynəlxalq maliyyə sisteminin təhlükəsizliyi üçün ciddi çağırış yaradır.
Mütəxəssislər qeyd edirlər ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi ilə yanaşı nəzarət mexanizmlərinin zəifliyi cinayətkar fəaliyyətlərin daha sürətli yayılmasına şərait yaradır.
Hesabatda vurğulanır ki, banklar və maliyyə qurumları kibertəhlükəsizlik sistemlərini gücləndirməyə məcbur qalır. Əks halda, itkilərin daha da artacağı proqnozlaşdırılır.
Beynəlxalq təşkilatlar isə problemin qarşısını almaq üçün koordinasiyalı qlobal əməkdaşlığın vacibliyini qeyd edirlər. Yeni texnologiyaların həm risk, həm də nəzarət vasitəsi kimi istifadə olunması tövsiyə edilir.
MONETAR.AZ