Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 9 ayında 119,4 milyon manata çatıb.
Monetar.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 99 milyon manat olub. Beləliklə, ödənişlər 20,4 milyon manat və ya 20,6% artıb.
Sığorta haqları isə 151,6 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında 134,7 milyon manat olan yığımlar illik müqayisədə 16,9 milyon manat və ya 12,5% yüksəlib.
Ödənişlərin yığımlara nisbəti 73,5%-dən 78,8%-ə qalxıb.