Sosial sığorta haqları üzrə daxilolmalar 310 milyon manatdan çox artıb

  Sosial sığorta haqları üzrə daxilolmalar

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu əhəmiyyətli dərəcədə üstələyib.

Monetar.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 311,3 milyon manat və ya 5,8 faiz çox olub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, daxilolmalarda artım həm büdcə, həm də qeyri-büdcə təşkilatları üzrə qeydə alınıb.

Belə ki, büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 109,1 milyon manat və ya 6,3 faiz artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalarda isə daha yüksək artım müşahidə olunub. Bu kateqoriya üzrə daxilolmalar illik müqayisədə 340,8 milyon manat və ya 9,7 faiz çoxalıb.

Beləliklə, sosial sığorta haqları üzrə daxilolmaların artımında əsas dinamika qeyri-büdcə sektorunun payına düşüb.