Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 905 mini ötüb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı

Noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4% artaraq 905 min 579-a çatıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da artım nümayiş etdirib. Belə ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 7,5% yüksələrək 62 min 779 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 6,8% artaraq 248 min 695-ə çatıb.