Polşa Mərkəzi Bankı 2026–2028-ci illər üçün inflyasiya proqnozlarını dərc edib. Yeni qiymətləndirməyə əsasən, ölkədə istehlak qiymətlərinin artımının 2026-cı ildə 3,1–3,2% intervalında olacağı gözlənilir.
Mərkəzi bankın çərşənbə günü yayımladığı proqnoza görə, 2027-ci ildə inflyasiya 3,1–5,3% diapazonunda dəyişə bilər. 2028-ci ildə isə istehlak qiymətlərinin artım tempinin 1,4–4,4% intervalına enəcəyi ehtimal olunur.
Polşa Mərkəzi Bankının gözləntiləri yaxın illərdə inflyasiyanın dinamikasında dəyişkənliyin davam edəcəyinə, 2028-ci ildə isə qiymət artımının daha aşağı səviyyələrə düşə biləcəyinə işarə edir.
MONETAR.AZ