Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Azərbaycan Gürcüstandan avtomobil

Gürcüstan 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 597 ədəd avtomobil ixrac edib. Bu ixracın ümumi dəyəri 21,72 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53% azdır.

Hazırda Azərbaycan Gürcüstandan avtomobil idxal edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb.