Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatar reysləri müəyyənləşdirilib

Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatar reysləri

Azərbaycan Dəmir Yolları (ADY) sərnişinlərin tələbatını təmin etmək üçün 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri müəyyən edib. Bu barədə ADY məlumat yayıb.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə bərabər dəmiryol kassalarından, eləcə də ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər baş tutur.