Modernləşdirmə sərhəddə hərəkəti sürətləndirib

Modernləşdirmə sərhəddə hərəkəti

Rusiya ilə Azərbaycan arasındakı sərhədin Dağıstan hissəsində gömrük orqanları 2026-cı ilin birinci rübündə təxminən 90 min yük avtomobilini rəsmiləşdirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% çoxdur.

Bu barədə Şimali Qafqaz Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, regionda fəaliyyət göstərən Dağıstan gömrüyünün avtomobil keçid məntəqələrində yük dövriyyəsi ildən-ilə artır. Belə ki, 2024-cü ilin birinci rübündə sərhədi 80,9 min, 2025-ci ildə 81,5 min, 2026-cı ildə isə artıq 89,2 min nəqliyyat vasitəsi keçib.

Sərhədin ən yüklənmiş məntəqələrindən biri olan Yaraq-Kazmalyar keçidində xüsusilə yüksək artım qeydə alınıb — burada avtomobil axını ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artıb.

Tağirkənd-Kazmalyar çoxşaxəli avtomobil keçid məntəqəsində isə perspektivli sərhəd məntəqəsi konsepsiyası tətbiq olunur və yük maşınları üçün elektron növbə sistemi fəaliyyət göstərir. Bu texnologiyaların tətbiqi nəticəsində rəsmiləşdirilən nəqliyyat vasitələrinin sayı ötən illə müqayisədə 7,5% artıb.