Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən sərnişin daşımalarının bərpasını nəzərdən keçirirlər.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin sözlərinə görə, söhbət 2020-ci ilədək fəaliyyət göstərən və COVID-19 pandemiyası səbəbindən dayandırılan Kurık–Bakı–Kurık bərə marşrutunun yenidən istifadəyə verilməsindən gedir.
Diplomat bildirib ki, marşrut dayandırılmazdan əvvəl ondan ildə təxminən 1 500 sərnişin istifadə edirdi. Onun sözlərinə görə, Azərbaycan tərəfi təşəbbüsü dəstəkləyib və hazırda hər iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının bərpası istiqamətində birgə işləyirlər.
Hazırda Azərbaycan və Qazaxıstan arasında hava əlaqələri də davam edir. Bakıdan Astana, Almatı, Şımkənd, Aktau və Atırau şəhərlərinə ümumilikdə 37 aviareys yerinə yetirilir.