Böyük Britaniyanın bir sıra iri hava limanlarında bu gün uçuşların yola salınması ölkənin hava hərəkətinin idarə olunması xidmətinin operatoru “National Air Traffic Services”in (NATS) sistemində yaranan texniki nasazlıq səbəbindən pozulub.
Ölkənin ən böyük hava limanı olan Londonun Hitrou aeroportu bildirib ki, NATS-dəki problem əsasən uçuşlara təsir edib, enişlər isə hazırda bundan təsirlənməyib. Londonun Qatvik aeroportu da texniki nasazlığın fəaliyyətinə təsir etdiyini açıqlayıb. Mandiçester və Stansted aeroportlarında da uçuş məhdudiyyətləri və gecikmələr qeydə alınıb.
NATS nümayəndəsi “Reuters”ə bildirib ki, şirkət uçuşların yola salınmasında fasilələrə səbəb olan texniki nasazlığı araşdırır. Onun sözlərinə görə, mühəndislər problemin aradan qaldırılması üçün iş aparırlar və vəziyyətlə bağlı yenilənmiş məlumat mümkün qədər tez təqdim ediləcək.
Texniki problem Böyük Britaniyanın hava nəqliyyatında son illərdə baş verən oxşar nasazlıqları yenidən gündəmə gətirib. Hazırkı nasazlığın səbəbi və onun nə qədər davam edəcəyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
MONETAR.AZ