Mina hadisələrindən zərərçəkənlərə psixoloji yardım göstəriləcək

Mina hadisələrindən zərərçəkənlərə

Mina problemindən zərərçəkmiş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində psixoloji yardımla təmin ediləcəklər.

Bununla bağlı Baş nazir Əli Əsədov “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar qəbul edilib.

Sənədə əsasən, qanuna uyğun olaraq mina hadisələrindən zərərçəkmiş şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində, yaxud həmin müəssisələrin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində psixoloji yardım göstəriləcək.