“ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam edir. Cari ilin yanvar-avqust aylarında istehlakçılara qaytarılan əlavə dəyər vergisinin (ƏDV) həcmi 139 milyon 829,14 min manat təşkil edib.
Dövlət Vergi Xidmətinin məlumatına görə, qaytarılan vəsait ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, kinoteatr xidmətləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərin gecələmə və yerləşmə xidmətlərinə görə ödənilmiş ƏDV üzrə müvəkkil banklar vasitəsilə istehlakçılara geri qaytarılıb.
Hesabat dövründə xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə tətbiq olunan “Tax Free” sistemi çərçivəsində dövlət büdcəsindən geri ödənilən ƏDV-nin məbləği isə 6 milyon 208,3 min manat olub.
