Maliyyə Nazirliyi 119,4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib

Maliyyə Nazirliyi 119,4 milyon manatlıq

Sentyabrın 8-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240022 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyinin məlumatına görə, hərrac zamanı investorlar tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 393,5 milyon manat təşkil edib.

Hərracın nəticələrinə əsasən, Maliyyə Nazirliyi 119,4 milyon manat məbləğində dövlət istiqrazı yerləşdirib. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 99,4475 manat, gəlirlilik isə 7,2080 faiz olub. Kəsmə qiyməti 99,3366 manat, gəlirlilik isə 7,2500 faiz səviyyəsində müəyyən edilib.

İstiqrazların tədavül müddəti 1080 gün təşkil edir və onların ödəmə tarixi 2029-cu il sentyabrın 8-nə müəyyənləşdirilib.

Beləliklə, hərracda dövlət istiqrazlarına ümumi tələb təklif olunan məbləğdən 3,3 dəfə çox olub.