Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni tətbiqə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, ekspres avtobuslara ikinci oxuma cihazı – validator quraşdırılır. Bu yenilik sərnişinlərin avtobusa minməsi prosesini sürətləndirməyə və dayanacaqlarda gözləmə müddətini azaltmağa imkan verəcək.
Yeni sistem sayəsində sərnişinlər avtobusun həm ön, həm də orta qapısından eyni vaxtda salona daxil ola biləcəklər.
Qeyd edək ki, ikinci validatorun quraşdırılması üzrə tətbiq daha əvvəl M1 nömrəli ekspres marşrutda sınaqdan keçirilib və nəticələr müsbət olub.