Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan etibarən start veriləcək.
Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.