Bitcoinin qiyməti 78 min dollara geriləyib

Bitcoinin qiyməti 78 min dollara

Bitcoin bu gün 78 min dollar həddinə yaxınlaşaraq ötən həftə qeydə alınan üçaylıq maksimumdan geriləməsini davam etdirib. ABŞ-də əmək bazarının gözləniləndən daha güclü nəticələr göstərməsi Federal Ehtiyat Sisteminin (FED) bu ay faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri gücləndirib. Neft qiymətlərinin yüksəlməsi isə inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları artırıb.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:28-ə olan məlumata görə 1,6% ucuzlaşaraq 78 406,5 dollardan ticarət olunub.

Bitcoin ötən həftə qısamüddətli olaraq 82 min dollar səviyyəsini keçərək üç aydan çox müddətin maksimumuna yüksəlib. Lakin cümə günü ABŞ-də açıqlanan əmək bazarı göstəricilərindən sonra kriptovalyutanın qiyməti geriləməyə başlayıb. Avqust ayında ABŞ-də 162 min yeni iş yerinin yaradılması iqtisadçıların gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib və sentyabrda FES-in faiz artıra biləcəyi ilə bağlı bazar ehtimallarını təxminən 60%-ə yüksəldib.

Neft qiymətlərinin də yüksəlməsi kriptovalyuta bazarına əlavə təzyiq göstərir. Yüksək enerji qiymətləri inflyasiya risklərini artırdığından, investorlar FED-in pul-kredit siyasətini sərtləşdirə biləcəyi ehtimalını daha yaxından izləyirlər.

MONETAR.AZ