Qiymətli metallar Asiya sessiyasında bahalaşıb

Qiymətli metallar Asiya sessiyasında

Bu gün Asiya ticarəti zamanı COMEX birjasında qiymətli metallar üzrə fyuçerslərin qiymətində artım qeydə alınıb.

Dekabr ayında tədarük ediləcək qızıl fyuçersləri 0,15% bahalaşaraq bir troy unsiyası üçün 4 469,79 dollara yüksəlib. Sessiya ərzində qiymət 4 470 dollar həddinə yaxınlaşıb. Hazırda qızıl üçün 4 412,00 dollar səviyyəsi dəstək, 4 558,50 dollar isə müqavimət səviyyəsi kimi qiymətləndirilir. ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin növbəti qərarı ilə bağlı gözləntilər bazarın əsas diqqət mərkəzində qalır.

ABŞ dollarının altı əsas valyutadan ibarət səbətə qarşı məzənnəsini əks etdirən dollar indeksi (DXY) üzrə fyuçerslər isə 0,34% artaraq 98,81 bənd səviyyəsində ticarət olunub.

COMEX-də ticarət olunan digər metallarda da yüksəliş müşahidə edilib. Dekabr ayında tədarük ediləcək gümüş fyuçersləri 0,85% bahalaşaraq bir troy unsiyası üçün 67,32 dollara, mis fyuçersləri isə 1,25% artaraq bir funt üçün 6,79 dollara çatıb.

MONETAR.AZ