Türkiyə 2029-cu ilə qədər iqtisadi artımı 5 faizə çatdırmağı hədəfləyir

Türkiyə 2029-cu ilə qədər iqtisadi artımı 5 faizə

Türkiyə hökuməti 2027–2029-cu illəri əhatə edən Orta Müddətli İqtisadi Proqramı açıqlayıb. Ölkənin vitse-prezidenti Cevdet Yılmaz proqramın təqdimatı zamanı iqtisadiyyat üzrə əsas hədəfləri açıqlayıb.

Proqrama əsasən, Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3% böyüyəcəyi gözlənilir. İqtisadi artımın növbəti illərdə tədricən sürətlənərək 2027-ci ildə 4,2%-ə, 2028-ci ildə 4,6%-ə, 2029-cu ildə isə 5%-ə çatması hədəflənir.

İnflyasiyanın da qarşıdakı illərdə əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə inflyasiyanın 21%-ə, 2028-ci ildə 13,5%-ə, 2029-cu ildə isə 9%-ə endirilməsi nəzərdə tutulur. 2026-cı ilin sonunda inflyasiyanın 28,4% təşkil edəcəyi gözlənilir.

Büdcə kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 3,5% olacağı, 2028-ci ildə 3,1%-ə, 2029-cu ildə isə 2,8%-ə qədər azalacağı proqnozlaşdırılır.

Əmək bazarı üzrə də müsbət dinamika gözlənilir. İşsizlik səviyyəsinin 2026-cı ildə 8,1% olacağı, 2027-ci ildə 8%-ə, 2028-ci ildə 7,8%-ə və 2029-cu ildə 7,6%-ə qədər azalacağı nəzərdə tutulur.

MONETAR.AZ