2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 15 milyon 475,08 min ABŞ dolları dəyərində 596 ədəd elektromobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 milyon 654,81 min dollar və ya 59,4 faiz, say ifadəsində isə 584 ədəd və ya 49,5 faiz azalma deməkdir.
Hesabat dövründə ölkəyə 80 milyon 898,7 min dollar dəyərində 3 837 ədəd hibrid avtomobil gətirilib. Hibrid avtomobillərin idxalı 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə dəyər ifadəsində 133 milyon 355,38 min dollar və ya 62,2 faiz, say baxımından isə 6 553 ədəd və ya 63,1 faiz azalıb.
Bundan əlavə, Azərbaycana 8 684 ədəd “plug-in” hibrid avtomobil idxal edilib. Bu göstərici illik müqayisədə 10 884 ədəd və ya 55,6 faiz azdır.
“Plug-in” hibrid avtomobillərin idxalının statistik dəyəri isə 192 milyon 878,84 min dollar təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 194 milyon 116,58 min dollar və ya 50,2 faiz azalma deməkdir.