Hindistanın Neft Nazirliyinin tabeliyində fəaliyyət göstərən Neft Sənayesinin Planlaşdırılması və Təhlili İdarəsinin (PPAC) məlumatına görə, ölkədə yanacaq istehlakı 2025-ci ilin avqustu ilə müqayisədə bu ilin avqustunda 2,8% azalıb.
Ay ərzində ölkədə ümumi yanacaq istehlakı 18,61 milyon metrik ton təşkil edib. Yanacaq tələbatı Hindistanda neft istehlakının əsas göstəricilərindən biri hesab olunur.
Avqustda benzin satışları illik müqayisədə 8,2% artaraq 3,84 milyon metrik tona çatıb. Dizel yanacağının istehlakı isə 6,8% yüksələrək 7,02 milyon metrik ton təşkil edib.
Yemək hazırlanmasında istifadə olunan mayeləşdirilmiş neft qazının (LNG) satışları 17,2% azalaraq 2,35 milyon metrik tona düşüb. Nafta satışları da 22,3% azalaraq 0,83 milyon metrik ton təşkil edib.
Yol tikintisində istifadə olunan bitumun satışları avqust ayında 19,8% artıb. Mazut istehlakı isə 4,8% yüksəlib.
MONETAR.AZ