8 sentyabr saat 10:30-dan 10 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerləri üzrə ixtisas seçimi keçiriləcək.
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 950 yerdən ibarət olub. Həmin yerlərdən 82-si Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin, 40-ı isə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Əsas yerləşdirmədən sonra rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatı artıq başa çatıb. Qəbul olunmuş namizədlərdən 19 nəfər müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyib. Bu, həmin şəxslərin yerləşdirildikləri ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Həmin namizədlər boş qalan plan yerləri üzrə keçiriləcək müsabiqədə iştirak edə bilməzlər.
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla onlayn qaydada aparılır. Boş yerlərə yerləşdirmə müsabiqə yolu ilə həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron hökumət portalı vasitəsilə ixtisas seçimi edə bilərlər.
Aşağıda boş qalan plan yerlərinin siyahısı təqdim olunur.
2026/2027-ci TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN PLAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR