Almaniya Avropa İttifaqının büdcəsinin azaldılmasını tələb edir

Almaniya Avropa İttifaqının büdcəsinin azaldılmasını

Almaniya Avropa İttifaqının mövcud büdcə göstəricilərinin aşağı salınmasının zəruri olduğunu açıqlayıb. Berlin eyni zamanda hesab edir ki, hazırkı mərhələdə Aİ-nin növbəti büdcəsi ilə bağlı müzakirələr aparmaq üçün kifayət qədər real əsas yoxdur.

Almaniya hökumətinin nümayəndəsi bu mövqeni çərşənbə günü, kansler Fridrix Merts ilə Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanın planlaşdırılan görüşü ərəfəsində açıqlayıb.

Berlindən verilən açıqlamada Aİ-nin gələcək maliyyə çərçivəsinin formalaşdırılması zamanı mövcud büdcə yükünün və ittifaq ölkələrinin maliyyə imkanlarının nəzərə alınmasının vacibliyi vurğulanıb.

Gözlənilən görüşdə Aİ-nin maliyyə siyasəti ilə yanaşı, ittifaqın qarşıdakı dövr üçün prioritetləri və büdcə məsələlərinin də müzakirə olunacağı gözlənilir.

MONETAR.AZ