9 sentyabr – Beynəlxalq Gözəllik Günüdür

9 sentyabr – Beynəlxalq Gözəllik

XX əsr kosmetologiya və gözəllik sənayesində mühüm dəyişikliklərin baş verdiyi dövr kimi yadda qalıb. Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (CIDESCO) sentyabrın 9-nun Beynəlxalq Gözəllik Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

1995-ci ildən etibarən hər il sentyabrın 9-da dünyada estetik və mənəvi zövq yaradan gözəllik anlayışına xüsusi diqqət yetirilir. Bu tarixdə müxtəlif ölkə və şəhərlərdə gözəllik müsabiqələri, estetikaya həsr olunmuş tədbirlər və digər təqdimatlar keçirilir.

Gözəllik müsabiqələrində iştirak edən qadınların heç də hamısı ənənəvi olaraq ideal hesab edilən 90-60-90 ölçülərinə uyğun gəlmir. Müasir müsabiqələrdə münsiflər heyəti iştirakçıların yalnız bədən ölçülərini deyil, onların xarici görünüşünün harmoniyasını, fərdiliyini və özünəməxsus gözəlliyini də nəzərə alır.

Beynəlxalq Gözəllik Günü gözəlliyin yalnız zahiri görünüşlə məhdudlaşmadığını, estetik zövq, fərdilik və insanın özünəməxsusluğunun da bu anlayışın mühüm hissəsi olduğunu xatırladan tarixlərdən biridir.

MONETAR.AZ