Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də imtahan keçirəcək.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətləri vasitəsilə əldə edib çap edə bilərlər. DİM-in elektron xidmətlərindən istifadə üçün namizədlərin şəxsi kabineti olmalıdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq özü ilə gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlərdə məlumat uyğunsuzluğu aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.