“Baker Hughes” neft-servis şirkətinin məlumatına görə, sentyabrın 4-də başa çatan həftə ərzində ABŞ-da təbii qaz hasilatı üzrə qazma qurğularının sayı 2 ədəd azalaraq 130-a düşüb. Eyni dövrdə neft qazma qurğularının sayı isə 2 ədəd artaraq 449-a yüksəlib.
Beləliklə, ölkə üzrə neft və qaz hasilatına yönəlmiş qazma qurğularının ümumi sayı dəyişməyərək 588 ədəd təşkil edib. Şist laylarından neft və qaz hasilatında geniş istifadə olunan üfüqi qazma qurğularının sayı da dəyişməyərək 535 ədəd olub.
Hövzələr üzrə, Permian hövzəsində qazma qurğularının sayı 1 ədəd artıb. Niobrara hövzəsində də 1 qurğu əlavə edilib, Haynesville hövzəsində isə 1 qurğu azalıb. Eagle Ford, Williston və Utica hövzələrində göstərici dəyişməyib.
Ştatlar üzrə isə Texasda qazma qurğularının sayı 1 ədəd artıb, Pensilvaniyada 1 ədəd azalıb. Şimali Dakotada göstərici dəyişməz qalıb. Meksika körfəzində isə qazma qurğularının sayı 1 ədəd azalıb.
MONETAR.AZ