Azərbaycandan Ermənistana növbəti dizel yanacağı tədarükü həyata keçirilib

Azərbaycandan Ermənistana növbəti dizel yanacağı tədarükü

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib.

AZƏRTAC xəbər verir ki, 16 vaqondan ibarət, ümumi çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yüklərin tədarükü də həyata keçirilib. Belə ki, 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə yola salınıb.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.