“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Hesabat dövründə Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon sərnişin səfər edib ki, bu da illik müqayisədə 17% artım deməkdir. Rayonlararası marşrutlarla 396 min sərnişin daşınıb və bu göstərici 15% yüksəlib. Beynəlxalq Bakı–Tbilisi–Bakı marşrutu üzrə isə 53 min sərnişin səfər edib.
Avqust ayında ümumi sərnişindaşıma 913 mindən çox olub və ötən ilin eyni ayı ilə müqayisədə 24% artıb.
