Kürdəmir dəmir yolu stansiyası istifadəyə verilib

Kürdəmir dəmir yolu stansiyası

Azərbaycan Dəmir Yolları (ADY) bildirir ki, Kürdəmir dəmir yolu stansiyası bu gün sərnişinlərin istifadəsinə verilib.

Yeni stansiyada aşağıdakı marşrutlar üzrə qatarların dayanması nəzərdə tutulur. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günlərində təyin olunan Bakı–Ağstafa–Bakı reysləri buradan keçir.

Bakı–Kürdəmir istiqaməti üzrə biletin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 kilometrlik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Müqayisə üçün qeyd edək ki, pandemiyadan əvvəl bu marşrut üzrə səfər müddəti 3 saat 11 dəqiqə idi.

Biletlərin satışı 17 aprel tarixindən etibarən ADY-nin rəsmi saytı (ticket.ady.az), ADY Mobile tətbiqi və dəmir yolu kassaları vasitəsilə həyata keçirilir.