Bakının Suraxanı rayonunda İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemində dəyişiklik edilib.
Belə ki, qeyd olunan marşrutlar üzrə avtobusların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil olunub.
Məhdudiyyətin İlqar Musayev küçəsində aparılan təmir işləri başa çatana qədər qüvvədə olacağı bildirilib.