Neftin qiymətinin 5 dollar dəyişməsi gəlirlərə necə təsir edir?

Neftin qiymətinin 5 dollar dəyişməsi

Beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il üçün proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənilir. Bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.  Dövlət Neft Fondu (ARDNF) 2026-cı il büdcəsinin baza ssenarisini konsensus diapazonunun yuxarı həddi olan 65,0 ABŞ dolları qiymət fərziyyəsi əsasında formalaşdırıb. Bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir. 

Fondun məlumatına görə, 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65,0 ABŞ dolları səviyyəsində götürülüb və Fondun gəlirləri bu göstəriciyə uyğun proqnozlaşdırılıb.

Baza ssenarisi üzrə 2026-cı ildə ARDNF-nin gəlirləri 13,03 mlrd. manat (təxminən 7,67 mlrd. ABŞ dolları), xərcləri isə 13,02 mlrd. manat (təxminən 7,66 mlrd. ABŞ dolları) səviyyəsində nəzərdə tutulur.

Eyni zamanda qeyd olunur ki, 1 barel neftin orta illik ixrac qiymətində hər 5 dollar dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 mlrd.  dollar həcmində dəyişiklik yaradır. Bu da neft qiymətlərinin ARDNF-in maliyyə göstəricilərinə birbaşa və əhəmiyyətli təsir etdiyini göstərir.

Hesablama Palatası tərəfindən hazırlanmış müvafiq hesablamalara əsasən, xam neftin orta illik ixrac qiymətindəki dəyişikliklər Fondun gəlirlərinə ciddi təsir göstərir.

Beynəlxalq təşkilatların 2026-cı il üzrə proqnozlarına görə neftin qiyməti əsasən 60,0–65,0 ABŞ dolları diapazonunda dəyişəcək. Ayrı-ayrı qurumların proqnozları isə aşağıdakı kimidir:

  • BVF – 65,8 ABŞ dolları

  • Dünya Bankı – 60,0 ABŞ dolları

  • Asiya İnkişaf Bankı – 57,0 ABŞ dolları

  • ABŞ Enerji İnformasiya Administrasiyası – 52,0 ABŞ dolları

  • Avropa Mərkəzi Bankı – 65,1 ABŞ dolları

  • Fitch – 65,0 ABŞ dolları

  • Qazaxıstan – 60,0 ABŞ dolları

  • Rusiya (Urals) – 59,0 ABŞ dolları

  • Rusiya (Brent) – 70,0 ABŞ dolları

MONETAR.AZ