Azərbaycan 2025-ci ildə 638,4 ton qoyun əti idxal edib və bunun dəyəri 3,3 milyon ABŞ dolları olub. Bu, 2024-cü illə müqayisədə dəyər baxımından 81%, həcm baxımından isə 41% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına istinadən Report xəbər verir ki, idxalın bölgüsü belə olub:
-
Monqoliyadan 572,5 ton (+27%) – 2,3 milyon $ (+28%)
-
Somali – 46,5 ton – 960 min $ (ötən il idxal olunmayıb)
-
Rusiya – 19 ton (+9 dəfə) – 19,9 min $ (+3 dəfə)
-
Böyük Britaniya – 0,25 ton – 7,5 min $
-
Yeni Zelandiya – 0,2 ton (-59%) – 7,2 min $ (-42%)
Qeyd edək ki, Azərbaycan Böyük Britaniyadan idxalı 8 il 11 ay fasilədən sonra bərpa edib.
2025-ci ildə qoyun ətinin əsas hissəsi Monqoliyadan idxal olunub – 89,7%. 2024-cü ildə Monqoliyanın payı 453 ton ümumi idxalın 99,3%-ni təşkil edirdi.