Rusiya Avropa İttifaqına toyuq yumurtası ixracını bərpa edib

Rusiya Avropa İttifaqına toyuq yumurtası

Rusiya ötən ilin dekabrında 2023-cü ilin yayından sonra ilk dəfə olaraq Avropa İttifaqı ölkələrinə toyuq yumurtası ixracını yenidən həyata keçirib.

RIA Novosti-nin Avrostat məlumatları əsasında apardığı təhlilə görə, bu cür son tədarük 2023-cü ilin iyul ayında 96 min avro məbləğində qeydə alınmışdı.

Dekabr ayında ixracın həcmi 65 min avro təşkil edib və yeganə alıcı Çexiya olub.

Bundan əvvəl bildirilmişdi ki, 2025-ci ilin yekunlarına əsasən Polşa və Fransa Rusiyaya şərab ixracında aparıcı Avropa tədarükçüləri sırasına daxil olaraq, uzun illərin rekord göstəricilərini müəyyən ediblər.

MONETAR.AZ