Fransa hakimiyyəti saxlanılmış GRINCH neft tankerinə şirkət-sahibinin “bir neçə milyon avro” məbləğində cərimə ödəməsindən sonra ərazi sularını tərk etməyə icazə verib. Bu barədə Reuters Fransanın xarici işlər naziri Jan-Noel Barrotun açıqlamasına istinadən xəbər verir.
“Avropa sanksiyalarından yayınmanın bədəli var. Rusiya artıq sahillərimiz yaxınlığında ‘kölgə donanması’ vasitəsilə münaqişəni cəzasız şəkildə maliyyələşdirə bilməyəcək”, deyə Barro X sosial şəbəkəsində yazıb.
GRINCH tankeri ötən ay Aralıq dənizində saxlanılmış və Rusiyanın sanksiyalardan yan keçərək neft ixracına imkan verən kölgə donanmasına aid olmasından şübhə edilərək Marsel yaxınlığındakı lövbər dayanacağına müşayiət olunmuşdu.
Fransa hakimiyyətinin məlumatına görə, gəmi yanvarın əvvəlində Komor adaları bayrağı altında Rusiyanın Murmansk limanından yola düşüb.
Bəyanatda əlavə olunur ki, gəmi sahibi olan şirkət bayrağın istifadəsinin qanuniliyini əsaslandıra bilmədiyinə görə cərimə ödəməyə məcbur edilib.
MONETAR.AZ