Korluğun müalicəsində böyük irəliləyiş

Korluğun müalicəsində böyük

Müasir tibb korluğun müalicəsində ən təsirli inqilablardan birinin astanasındadır. Alimlər artıq uzun illər yalnız elmi fantastikada mümkün hesab edilən nəticəyə nail olublar: yaşa bağlı makulyar degenerasiyanın ağır forması olan xəstələrdə mərkəzi görmənin qismən bərpası miniatur fotoelektrik retina implantı vasitəsilə mümkün olub.

Bu, mərkəzi görmə sahəsində uzun müddət oxumaq və ya obyektləri tanımaq imkanından məhrum olmuş insanların bu bacarıqları yenidən qazana bildiyi ilk haldır. Bu imkanı onlara PRIMA sistemi təqdim edib.

Mərkəzi görmənin bərpası üçün nəzərdə tutulmuş fotoelektrik sistem — Photovoltaic Retina Implant Microarray (PRIMA) retinanın neyroprotezləri kateqoriyasına aiddir. PRIMA “göz + elektronika” hibrid sistemidir və üç bir-biri ilə əlaqəli komponentdən ibarətdir:

Mikroçip-implant yalnız 2×2 mm ölçüsündədir və cərrahi yolla retinanın mərkəzi hissəsinin altına yerləşdirilir. Süni fotoreseptor kimi fəaliyyət göstərərək elektrik siqnalları yaradır.

Ağıllı eynəklər kameraya malikdir, vizual məlumatları tutur və infraqırmızı şüa vasitəsilə implant cihazına ötürür.

Portativ kompüter görüntünü emal edir və istifadəçiyə böyütmə və baxış şəraitini tənzimləməyə imkan verir.

 Sistemin əsas üstünlüyü ondan ibarətdir ki, gözün üzərində heç bir kabel və xarici enerji mənbəyi tələb olunmur. Hər şey simsiz işləyir. Bu isə əməliyyat prosesini xeyli sadələşdirir və əməliyyat zamanı və sonrasında komplikasiya riskini azaldır.

Əvvəlki illərdə Argus II kimi elektron retina protezləri kommersiya məqsədli “bionik göz” yaradılmağa çalışılmışdı. Onlar xəstələrə işıq və hərəkəti fərqləndirməyə kömək edirdi, amma şəkil formasını və dəqiqliyini təmin etmirdi. PRIMA-nın test nəticələri fərqlidir: xəstələr yalnız işıq görmür, həm də formaları, hərfləri və sözləri tanıya bilir, bu isə əvvəlki texnologiyalarla mümkün deyildi.

Hazırkı mərhələdə sistem yalnız qara-ağ və məhdud kəskinlikli görüntü təqdim edir. Lakin bu, təbii görmədən fərqli olsa da, aşağıdakıları etməyə kifayətdir:

mətni oxumaq;

konturları, naxışları və formaları tanımaq;

məkan daxilində orientasiya olmaq.

 

 MONETAR.AZ