Qış Olimpiya Oyunları tarixində ən çox medal qazanan ölkələrin reytinqi açıqlanıb. Məlumatlar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təqdim edilən statistikaya əsaslanır. Reytinqə hazırda davam edən Milan–Kortina 2026 Qış Olimpiya Oyunlarının nəticələri daxil edilməyib.
Siyahıya 405 medalla Norveç başçılıq edir. Ölkənin aktivində 148 qızıl, 134 gümüş və 123 bürünc medal var.
İkinci pillədə 330 medalla ABŞ, üçüncü yerdə isə 267 medalla Almaniya qərarlaşıb. Tarixi nəticələrə Şərqi Almaniya və Qərbi Almaniya dövrlərində qazanılmış medallar da daxildir.
Beşinci pillədə 225 medalla Kanada yer alır. Altıncı sırada 194 medalla Sovet İttifaqı qərarlaşıb. Rusiya isə ayrıca olaraq 121 medal qazanıb.
İlk onluqda həmçinin Avstriya, İsveç, Finlandiya, İsveçrə və Niderland yer alır.
Beləliklə, Qış Olimpiya Oyunlarının çoxillik tarixində Norveç lider mövqeyini qoruyur.
MONETAR.AZ